YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın inkişafı ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindən sayılır

«Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindən sayılır. Dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bunun nəticəsidir ki, regionlarımızda kənd təsərrüfatı məhsullarının həm kəmiyyətində, həm də keyfiyyətində mühüm irəliləyişlərə nail olunur. Onun sözlərinə görə, regionlarda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi, eləcə də texniki yardımlar nəticə etibarı ilə daha çox məhsul əldə edilməsinə yol açır. 
«Cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Bu artım isə məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Hazırkı dünyanı bürüyən iqtisadi böhran fonunda əldə olunan bu nəticə isə olduqca yüksək nailiyyət sayılır. Qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artıb. Görülən işlərin sistemli və uğurla həyata keçirilməsi cari ilin 9 ayında kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.
Ən aktual problemlərdən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm addımlara nail olunub. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları komplekslərinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxarıb»- deyə, komitə sədri vurğulayıb.