YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildi.