YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi prosesi başladı

İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi prosesinə başlayıb. Bunu jurnalistlərə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

İlk lisenziyalar sərnişin daşımaları və beynəlxalq yük daşımaları ilə məşğul olan sahibkarlara verilib.

S.Məmmədov qeyd edib ki, "ASAN xidmət" mərkəzləri noyabrın 2-dən lisenziya müddətləri başa çatan sahibkarlardan müraciətləri qəbul etməyə başlayıb: “Bu gün isə biz həmin müraciətlər üzrə lisenziyaların verilməsinə başlayırıq”.