YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gəlib.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.