YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq

Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq. Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, TANAP-ın tikintisi üzrə işlər tam sürətlə gedir: "TANAP layihəsinin əsaslı xərcləri 9,5 milyard dollar təşkil edir. Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda, həmin dəhliz üzrə isə Avropaya 2020-ci ilin əvvəlində çatacaq".