YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Azərbaycana aqrar sahədə ekspert dəstəyi göstərməyə hazırdır

Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, nazir Heydər Əsədov son dövrlərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional, kadr və hüquqi islahatlar barədə geniş məlumat verərək, bu islahatların aparılmasında Aİ-nin dəstəyinə görə təşəkkürünü bildirib.

Heydər Əsədov kənd təsərrüfatı sahəsində gələcək inkişaf strategiyasına toxunaraq, Aİ tərəfindən dəstək göstərilməsi üçün potensial sahələr barədə məlumat verib.

Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin qurulmasında Aİ tərəfindən göstərilən dəstək, ərzaq məhsullarının təhlükəsizliyi sisteminin gücləndirilməsi, heyvandarlıq məhsullarının bazara çıxış imkanlarının artırılması məsələləri müzakirə olunub.

Səfir Malena Mard kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərlə bağlı məmnunluğunu bildirib və intensiv islahat proqramını təqdirəlayiq hesab edib. Malena Mard Kənd Təsərrüfatı Nazirliyinin mütərəqqi təcrübə üzrə ehtiyaclarına əsaslanaraq, təmsil etdiyi qurumun bir çox sahələrdə ekspert dəstəyinin göstərilməsinə hazır olduğunu bildirib.