YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq müşahidəçilər seçkilərin gedişatından razıdırlar

Azərbaycanda parlament seçkiləri seçicilərin fəallığı şəraitində davam edir.

Bunu 19 saylı Nərimanov birinci Seçki Dairəsinin bir neçə seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər -Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin qeyd edib və seçkilərin gedişindən razı olduqldarını bildiblər.

Ervin Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk edirdilər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir: «Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər».

Yasril Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə keçirildiyinin şahidi olduq: “Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq.”