YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Henrik Nordentoft: Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər örnəkdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 29-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki baş qərargahında proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoftun rəhbərlik etdiyi nümayəndə heyəti və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb.

Bütün bunlardan təəssüfləndiyini bildirən Əli Həsənov dünyada baş verən proseslərə də toxunub, bunları dünyaya demokratiya dərsi keçməyə çalışanların, insan hüquqlarının qorunmasından danışanların ikiüzlü siyasətinin nəticəsi kimi dəyərləndirib, baş verənlərdən narahatlığını ifadə edib.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və həmişə uğurlar əldə edir. Azərbaycan son 5-6 ildə dünya ölkələri sırasında iqtisadi inkişaf tempinə görə ön yerlərdədir. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Lakin bu gün Prezident İlham Əliyev ölkənin strateji inkişaf istiqamətlərini başqa istiqamətə yönəldib. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. İnsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemidir.

Görüşdə Henrik Nordentoft Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib. O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirlərdən heyran qaldığını bildirib, bu tədbirlərin örnək olduğunu vurğulayıb.