YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AVCİYA: Azərbaycanda normal və ədalətli seçkilərin keçirilməsi üçün şərait var

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib. AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, hesabat sentyabrın 1-dən oktyabrın 26-dək olan dövrü əhatə edir.

Z.Məhərrəmlinin sözlərinə görə, monitorinqin nəticələri göstərir ki, Azərbaycanda tam ictimai-siyasi sabitlik mövcuddur: “Bu da onu deməyə imkan verir ki, Azərbaycanda normal və ədalətli seçkilərin keçirilməsi üçün şərait var”.

O deyib ki, sərbəst toplaşma azadlığı Azərbaycan qanunvericiliyi çərçivəsində tam təmin edilib və bununla bağlı hər hansı bir nöqsan yoxdur: "Həm seçkiqabağı təşviqat dövründə, həm də digər dövrlərdə sərbəst toplaşma azadlığı təmin edilir".

Qeyd olunub ki, bu il Mərkəzi Seçki Komissiyası təqvim planına uyğun olaraq bütün tədbirləri vaxtında yerinə yetirib və daha məhsuldar işləyib. Namizədlərin sənədlərinin yoxlanması və qeydə alınması prosesi də operativ şəkildə həyata keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv