YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSM-nin naziri Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən üçüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Təşkilatın Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm tarixi nailiyyətlər barədə İyad bin Amin Mədəniyə ətraflı məlumat verən S.Müslümov son 12 ildə ölkəmizdə dünyada rekord səviyyədə, yəni 3,4 dəfə iqtisadi artıma nail olunduğunu, uğurlu iqtisadi şaxələndirmə siyasəti sayəsində qeyri-neft sektorunun genişlənərək ümumi daxili məhsulda onun payınınn 70 faizə çatdığını bildirib: “Bu dövrdə respublikada 1,4 milyondan çox yeni iş yerinin yaradılması əmək bazarında sabitliyə şərait yaratmaqla, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Sosial rifah halının yüksəldilməsi yönündə aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı səviyəyə - 5 faizə enib”.

S.Müslümov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini və bu sahədə səylərini daim gücləndirdiyini vurğulayıb. 

İyad bin Amin Mədəni İƏT-in fəal üzvlərindən olan Azərbaycanın dinamik sosial-iqtisadi inkişafından məmnun olduğunu qeyd edib, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndiyini, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının üzvləri sırasında daim layiqli və işgüzar mövqeyi ilə seçildiyini razılıq hissi ilə vurğulayıb. Baş katib İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təşəbbüsünün uğurla gerçəkləşməsi üçün Təşkilatın Katibliyi tərəfindən müvafiq səylərin göstərildiyini vurğulayıb: “Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının ölkələrinin xarici işlər nazirlərinin növbəti iclasında Bakı şəhərində Əmək Mərkəzinin yaradılması barədə yekun qərar qəbul olunacaq”.

 Görüşdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.