YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluna təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir.

İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”