YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçkidə qazanan Azərbaycan xalqı olacaq

Rusiyalı yazıçı, ictimai-siyasi xadim Aleksandr Fomenkov Seçki-2015.az saytına açıqlamasında noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, qarşıdakı seçkidə ilk öncə qazanan Azərbaycan xalqı olacaq.

A.Fomenkov deyib: “Mənim Azərbaycanın müxalifət hərəkatındakı bəzi liderlərlə şəxsi tanışlığım var. Əksər azərbaycanlı müxalifətçilərlə sosial şəbəkələrdə qiyabi dostluq da edirəm. Bütün bunlara baxmayaraq, əminəm ki, seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanacaq”.

O, həmçinin qeyd edib ki, parlament seçkilərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi sürətlənəcək, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələr daha da möhkəmlənəcək”.