YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Fransua Manselin: Azərbaycanın seçki təcrübəsi daha da təkmilləşir

Azərbaycanda müstəqillik tarixinin beşinci parlament seçkiləri keçirilir. Bu gənc, demokratik ölkə üçün fürsətdir. Hər parlament seçkilərində seçki təcrübəsi daha da təkmilləşir, plüralizm möhkəmlənir. Bu seçkilərdə də eyni hal müşahidə olunacaq. Ümid edirəm ki, müşahidəçilər və şərhçilər ikili standartlardan uzaq olacaqlar.

Bu fikirləri Secki-2015.az saytına açıqlamasında Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin deyib.

Milli Assambleya üzvünün sözlərinə görə, Azərbaycana qarşı qarayaxma cəhdləri edən dairələr unudurlar ki, onların özlərinin parlamentarizm təcrübələri bəzən kifayət etmir. Bunu edənlər öz tarixləri boyu Azərbaycanın qarşılaşdığı çətinliklərlə və təzyiqlərlə üz-üzə gəlməyiblər.

Jan-Fransua Manselin deyib ki, müasir demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da icraedici hakimiyyət ölkənin siyasi xəttinin müəyyən edilməsində ciddi rol oynayır. Buna görə də parlament seçkilərinin müzakirə meydanına çevrilməsi vacibdir. Eyni zamanda, ölkənin digər vacib məsələləri var ki, onların da öhdəsindən gəlmək o qədər də asan deyil. Bu məsələlərə gərgin beynəlxalq şəraitdə müstəqilliyin qorunub saxlanması, işğal altında olan torpaqların geri qaytarılması və bütün bunların fonunda beynəlxalq əlaqələrin inkişafı daxildir”.