YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb

Milli Məclisə seçkilərlə əlaqədar 132 müvəqqəti seçki məntəqəsi yaradılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Seçki-2015.az saytına məlumat verilib.

Daimi fəaliyyət göstərən 5415 seçki məntəqəsinin və 132 müvəqqəti seçki məntəqəsinin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.

Müvəqqəti seçki məntəqələri seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır və ümumi seçki məntəqəsində səs verməyə gələ bilməyən seçicilər üçün nəzərdə tutulur. Məsələn, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), xüsusi rejimli hərbi hissələrdə müvəqqəti seçki məntəqələri yaradıla bilər.

Seçki Məcəlləsinə əsasən, müvəqqəti seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır.