YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq

Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Məhz, Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik və mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və indiyə qədər baş tutmuş seçkilərin də təcrübəsi göstərir ki, ölkəmizdə tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatlığına namizəd, YAP Nizami rayontəşkilatının sədri Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illərdə çox böyük uğurlar əldə edib, ölkəmizin iqtisadi inkişafı dinamik və davamlı xarakter alıb, insanların rifah halı əsaslı şəkildə yüksəlib, dövlətimizin beynəlxalq mövqeləri xeyli güclənib. Əlbəttə ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır.

«Ona görə də, seçicilərin qarşıdan gələn parlament seçkilərində də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəyi şübhə doğurmur. Düşünürəm ki, bütün seçki proseslərində mükəmməl seçki texnologiyası tətbiq etmiş Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq. Bunun üçün kifayət qədər əsaslar var. İlk növbədə, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri sənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bu siyasətin xalqımız tərəfindən birmənalı olaraq qələbəmizin əsas şərtidir»- deyə, S.Vəliyeva vurğulayıb.