YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq

Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu “Parlament-2015” Seçki Monitorinq Koalisiyası oktyabrın 1-də yaradılıb. Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır.

“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının mətbuat xidmətindən  bildiriblər ki, qurumun tərkibinə aşağıdakı 5 qeyri-hökumət təşkilatı daxildir: Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (sədr Rufiz Qonaqov); Qarabağ Araşdırmalar Mərkəzi (sədr Elçin Əhmədov); İqtisadi və Sosial İnkişaf Mərkəzi (sədr Vüqar Bayramov); Tətbiqi Tədqiqatlar Fondu (sədr İbrahim Əliyev); Azərbaycan Tələbələr Birliyi (sədr Elvin Aslanov).

Koalisiyanın ilk iclasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qurumun koordinatoru seçilib.

Monitorinq seçki prosesinin bütün spektrini əhatə edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün koalisiya üzvü olan QHT-lərin resurslarından və könüllülərdən istifadə edilir.

Qurum tərəfindən qısa müddətdə 500 nəfər müşahidəçi hazırlanıb və təlimatlandırılıb. Onların 118 seçki dairəsinin ərazisinə ezam edilməsi nəzərdə tutulub.

Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və s. məsələlərin monitorinqini aparıb, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirib. Bundan əlavə, KİV-də və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır.

Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabat hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək. Aralıq hesabatın gələn həftə, səsvermə prosesi ilə bağlı ikinci hesabatın seçki gününün sonunda, son hesabatın isə seçkilərə yekun vurulduqdan sonra açıqlanması nəzərdə tutulur.

 

DİGƏR Xəbərlər Arxiv