YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatlığına namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzovun Babək rayonunun Sirab, Qahab, Vayxır, Xal-Xal və Cəhri kəndlərində seçicilərlə görüşü keçirilib

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizədi, YAP İcra katibinin müavini Siyavuş Dünyamalı oğlu Novruzovun dünən Babək rayonunun Sirab, Qahab, Vayxır, Xal-Xal və Cəhri kəndlərində seçicilərlə görüşü keçirilib. Görüşlərdə çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov partiyanın namizədini seçicilərə təqdim edərək bildirib ki, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən artıq 3-cü dəfədir ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən deputatlığa namizəd irəli sürülür və seçiciləri onu yaxşı tanıyırlar. İ.Məmmədov seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Siyavuş Novruzova səs verməyə çağırıb.

Çıxış edən seçicilər bildirib ki, Siyavuş Novruzov Azərbaycan parlamentinin ən təcrübəli üzvlərindən biridir, Milli Məclisin İntizam komissiyasının sədri kimi uğurla fəaliyyət göstərir. “O həm də qanunvericilik sahəsində təcrübəli mütəxəssis kimi uğurlu fəaliyyət göstərir, Siyavuş Novruzovun ölkəmizin ictimai-siyasi həyatında və parlamentdəki fəaliyyəti dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir”, - deyə çıxışlarda vurğulanıb.

Deputatlığa namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzov seçicilər qarşısında çıxış edərək partiyanın fəaliyyəti, dövlətimiz və xalqımız qarşısında xidmətləri haqqında fikirlərini bildirib. O, 20 ildən artıqdır Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən danışıb, bu siyasətin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının tarixi xidmətlərindən bəhs edib. Siyavuş Novruzov parlamentdə təmsil olunan YAP nümayəndələrinin xalqa və dövlətə ləyaqətlə xidmət etdiklərini bildirib.

“Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə yeniliklərlə gedir. Partiyamız yarandığı vaxtdan qarşıya hədəf olaraq Azərbaycanı inkişaf etmiş, güclü dövlətə çevirmək məqsədi qoyub. Artıq hakimiyyətdə olan partiya kimi bu istiqamətdə çox böyük nəticələr əldə etmişik. Amma qarşıda hələ də böyük vəzifələr, hədəflərimiz var. Ona görə də seçki şüarımız “Yeni hədəflərə doğru!” adlanır və biz inamla yeni hədəflərə doğru getməkdə qərarlıyıq”, - deyən YAP İcra katibinin müavini əmin olduğunu bildirib ki, bu dəfə də xalqımız Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün öz dəstəyini əsirgəməyəcək.

Sonda deputatlığa namizəd Siyavuş Novruzov seçiciləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verib.