YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Rauf Əliyev Xəzər rayonunun gənc seçiciləri ilə görüşdü

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Rauf Əliyev seçicilərlə görüşlərini davam etdirir.

Rauf Əliyev Xəzər rayonunun gənc seçiciləri ilə görüşündə bildirdi ki, Vətənə, xalqa xidmətdə nümunəvi fərd kimi yetişdirmək bir o qədər də asan deyil. Son illər qəbul olunmuş dövlət proqramları çərçivəsində insan kapitalının, xüsusi ilə gənclərin elmi potensialının inkişafına xüsusi yer ayrılır. Həyat durmadan inkişaf edir. Tələblər, istəklər artdıqca dövlətin gənclər siyasəti kursu da yeniləşməkdədir.

Prezident İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb. Prezident İlham Əliyevin gənclərlə görüşlərini isə Azərbaycan gəncliyinin həyatında yeni bir məhələnin başlanğıcı hesab etmək olar. Bilirsiniz ki, cənab Prezident "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Dövlət proqramında gəncləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Hazırda proqram uğurla icra edilməkdədir.  Xəzər rayonunda olan gənclərin də sosial problemləri diqqətdədir. Sizlər hər biriniz bunu öz həyatında hiss etmisiniz. Əgər mənə səs versəniz Milli Məclisdə bu siyasətin qanunverici bazasının  yaranmasında yaxından iştirak edəcəm. Çalışacağam ki, sizin hər birinizin istəyi, sözü qəbul olunmuş qərarlarda, qanunlarda öz əksini tapsın”. Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik.