YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb

«Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi böyükdür.  Bu gün Yeni Azərbaycan Partiyasının 670 minə yaxın üzvü var.  Partiyada Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən ən qabaqcıl insanlar birləşiblər. Bu partiya Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən partiyadır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, bu gün də Yeni Azərbaycan Partiyası həm coğrafi baxımdan Azərbaycanı əhatə etməsinə, həm də tərkibində ölkəmizin ən sayılan, seçilən insanlarını birləşdirdiyinə görə öncül bir partiyadır. Təbii ki, hər seçkidə qazanılan qələbədə başlıca rol seçicinin siyasi təşkilata, namizədə münasibətidir.

 «Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndərən əsas amil məhz  seçicilərin, xalqın ölkədə keçirilən bütün seçki proseslərində partiyaya böyük inam göstərməsi, dəstəyidir. Yeni Azərbaycan Partiyası 1 noyabr parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb.  Parlament seçkilərinin hər bir mərhələsinə  ciddi şəkildə hazırlaşan partiya təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. «Yeni hədəflərə doğru» devizi ilə seçkilərin təbliğat-təşviqat mərhələsinə start verən partiya bununla gələcək  planlarını açıqlayır. Məqsəd Azərbaycanı daha da  qüdrətli, zəngin ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında görməkdir»- deyə, T.Süleymanov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv