YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüş keçirib

YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin 3-cü mikrorayon, eləcə də 36, 14, 15, 16, 17, 41 və 76-cı yaşayış məhəllələrinin seçiciləri ilə görüşü keçirilib. 

Tədbirdə çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişili son illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını, Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdiyini bildirib.

Tədbirdə çıxış edən seçicilər noyabrın 1-də seçki məntəqələrinə gələrək YAP-ın namizədi Tahir Mirkişiliyə səs verəcəklərini bəyan ediblər.