YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Mixail Zabelinin seçicilərlə növbəti görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Mixail Zabelin Yuryeviçin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə çıxış edən namizədin vəkilləri ölkəmizdə həyata keçirilən uğurlu sosial – iqtisadi inkişaf haqqında məloumat verib, həmçinin parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında rolunu və əhəmiyyətini qeyd ediblər.

Görüşdə çıxış edən Mixail Zabelin Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə gördüyü işlərdən və partiyamızın beynəlxalq əlaqələrindən söz açaraq görüş iştirakçılarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb.

Tədbirdə çıxış edən seçicilər də qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə namizədi Mixail Zabelin Yuryeviçə səs verəcəklərini bəyan ediblər.