YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Məclisinə seçkiləri MDB-dən 130-a yaxın müşahidəçi izləyəcək

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə MDB-dən olan müşahidəçilər missiyasının qərargahının rəhbəri Yevgeni Sloboda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.

MDB-dən olan müşahidəçilər missiyasının qərargahından Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki kampaniyasının gedişi haqqında ətraflı məlumat verib və vurğulayıb ki, Milli Məclisə seçkilərlə bağlı bütün tədbirlər Seçki Məcəlləsində müəyyən edilmiş müddət ərzində keçirilir.

Missiya qərargahının rəhbəri Yevgeni Sloboda MDB-dən olan müşahidəçilər missiyasının iş qaydaları və prinsipləri, onun formalaşması haqqında məlumat verib. O bildirib ki, missiyanın məqsədi dövlətin daxili işi olan seçkilərin azad və demokratik keçirilməsinə kömək etməkdir. Missiyanın tərkibinə təxminən 130 müşahidəçinin, o cümlədən funksiyasını uzunmüddətli əsasda həyata keçirəcək 12 müşahidəçinin daxil olacağı nəzərdə tutulur.

Seçkilərə hazırlıq prosesini müşahidə zamanı MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı, Gəncə, Samux şəhərlərinin və Şəmkir rayonunun dairə və məntəqə seçki komissiyalarına gedərək onların işi ilə tanış olublar.

Müşahidəçilər qeyd ediblər ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyət üçün açıqdır, seçkiqabağı keçirilən tədbirlər barədə lazım olan informasiyanı təqdim edirlər. MDB-dən olan müşahidəçilər, həmçinin seçicilərin siyahısının tərtibi və dəqiqləşdirilməsi işi ilə də tanış olublar.

Müşahidəçilər missiyasının formalaşması davam edir. Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələrinin sənədləri akkreditasiya üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Missiyanın tərkibində, habelə MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının və Birliyin İcraiyyə Komitəsinin nümayəndələri də akkreditə olunublar.

 

DİGƏR Xəbərlər Arxiv