YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Mahir Abbaszadə Xətai rayonunda yaşayan laçınlı seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən millət vəkilliyinə namizədi Abbaszadə Mahir Tapdıq oğlu Xətai rayonunda yaşayan laçınlı seçicilərlə görüşüb.

YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib.

Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Mahir Abbaszadə bildirib ki, ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarın daha da möhkəmlənməsinə yol açıb.
Tədbirdə çıxış edən seçicilər noyabrın 1-də seçki məntəqələrinə gedərək ən layiqli namizədə - YAP-ın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv