YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Elman Məmmədov Gəncə şəhərində yaşayan Şuşa, Ağdam, Xocalı, Xocavənd rayonundan olan seçicilərlə görüşüb

1 noyabrda keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində  Yeni Azərbaycan Partiyasının 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən deputatlığa namizədi Elman Məmmədov Gəncə şəhərində yaşayan Şuşa, Ağdam, Xocalı, Xocavənd rayonundan olan seçicilərlə görüşüb.

Tədbiri giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Vahid Əliyev görüş iştirakçılarına deputatlığa namizəd Elman Məmmədovun fəaliyyəti haqqında geniş  məlumat verib.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Elman Məmmədov Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini söyləyib.

E.Məmmədov, millət vəkili seçiləcəyi təqdirdə, partiyanın seçki platformasında  nəzərdə tutulan hədəflərə çatmaq üçün ləyaqətlə çalışacağını bildirib.

Sonda deputatlığa namizəd seçicilərin istək və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.