YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayan Baş nazir Artur Rasizadə bu səfərin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib. Baş nazir dost ölkələrimiz arasında sabit qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu söyləyib, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün lazımi addımların atılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın önəmini vurğulayan Giorgi Kvirikaşvili Gürcüstanın hər zaman Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Regiondakı mövcud problemlərdən bəhs edən Gürcüstanın Baş nazirinin müavini bildirib ki, bölgədə sabitliyin bərqərar olması ölkələrimizin inkişafı üçün vacib şərtlərdəndir. Qonaq, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv