YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı ilə keçirilən “Ağacəkmə aksiyası”nda iştirak etmişdir

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi, millət vəkili  Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı və onun Gənclər Birliyinin təşəbbüsü ilə  18 oktyabr Müstəqillik Gününə həsr edilmiş “Tələbə Ayı” çərçivəsində “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı ilə  Nəsimi rayon ərazisində keçirilən  “Ağacəkmə aksiyası”nda  iştirak etmişdir.

Nəsimi rayonu 4-cü mikrorayon ərazisində 20 Yanvar küçəsi boyunca keçirilən  “Ağacəkmə aksiyası”nda  500 nəfərdən çox YAP fəalı iştirak etmişdir.  

Məlahət İbrahimqızı çıxış edərək,  tədbir iştirakçılarına respublikamızda  ənənəyə çevrilmiş bu aksiyanın önəmindən danışdı. Eyni zamanda YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın ölkəmizdə və beynəlxalq səviyyədə  ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrinə  hər zaman dəstək verdiklərini  qiymətləndirərək  gələcəkdə də belə  nəcib missiyaların  həyata keçirmələrinə əmin olduğunu bildirdi. “Ağacəkmə aksiyası”nda  iştirak edən Nəsimi rayon sakinləri YAP gənclərinin öncül olduğunu bildirərək, onların  fəaliyyətinə ictimaiyyətin  öz rəğbət və hörmətlərini bildirdilər .