YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədi Tahir Mirkişilinin seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partyasının 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədi Tahir Mirikşili Stansiya Sumqayıt ərazisində yaşayan seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, YAP-ın yaradıcı, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, siyasi stabilliyi və iqtisadi inkişafımızı ehtiva edən  kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən YAP-ın namizədi olan Tahir Mirkişili bildirib ki, qazanılan nailiyyətlərin əsasında xalqımızın ölkə Prezidentinin yürütdüyü siyasi kursa inamı və dəstəyi dayanır. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır.

Daha sonra tədbir seçicilərin verdikləri suallar ətrafında davam etdirilib.

 

 

 

DİGƏR Xəbərlər Arxiv