YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov gənclərlə görüşüb

Yeni Azərbaycan Partiyasının  125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılovun Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan gənc seçicilərlə görüşü keçirilib. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı məlumat verib. Çıxış edən Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılov bildirib ki, partiyamız seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə qatılır. Patiyanın irəli sürdüyü namizədlər isə cəmiyyət tərəfindən tanınan, qiymətləndirilən ziyalılardır. Tədbirdə çıxış edən gənc seçiclər də noyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.