YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK-nın bugünkü iclasında parlament seçkilərini müşahidə etmək istəyənlərin sayı ilə bağlı yeni rəqəmlər açıqlandı

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb.

M.Pənahov əlavə edib ki, hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir.

Bundan əlavə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.