YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı Qarabağ müharibəsi, 20 Yanvar əlilləri, şəhid ailələri və Çernobıl əlilləri ilə görüş keçirmişdir

Oktyabrın 17-də  YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı Nəsimi rayonu ərazisində yaşayan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri və şəhid ailələri və Çernobıl əlilləri ilə görüş keçirmişdir.

Görüşdə çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərə  Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyavin ölkəmizdə gördüyü işlərdən, əldə olunan uğurlardan  ətrflı danışdı. Deputatlığa namizəd Azərbaycan Respublikasının Prezidentinin  bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı etdiyi parlaq çıxışı haqda, onun söylədiyi gələcək hədəflər, dövlətimizin əsas prioritetləri, görüləcək işlər haqqında danışaraq, fuikir mübadiləsi edildi.

Çıxış edən hər bir sakin ölkə rəhbəinin apardığı siyasəti dəstəklədiyini, Ali Baş Komandanın  hər zaman ölkənin müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işləri təqdir etmələrini bildirərək tezliklə  işğalda olan torpaqların azad ediləcəyinə inamlarını bildirdilər.

Görüşün sonunda   "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyinin sədri Azər Quliyev,  "20 Yanvar Cəmiyyəti" Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev

Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov çıxış edərək daim ölkə Prezidentin ətrafında sıx birləşdiklərini, onun  siyasətini dəstəklədiklərini bildirərək, 1 noyabrda keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildirdilər.

Məlahət İbrahimqızı daha sonra III Alatava yaşayış massivində seçicilər ilə görüşdü və  onları narahat edən problemlərini öyrəndi.