YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 2 saylı Şərur seçki dairəsindən MM-in deputatlığına namizədi İsa Həbibbəyli ilə seçicilərin görüşü keçirilmişdir

Yeni Azərbaycan Partiyasının 2 saylı Şərur Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Həbibbəyli İsa Əkbər oğlu ilə seçicilərin görüşü keçirilmişdir.

Görüşüdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxış edərək akademik İsa Həbibbəylinin yaradıcılığı, ictimai-siyasi və geniş elmi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat vermişdir.

Görüşdə Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan MR Ali Məclisinin deputatı Nüsrət Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim Yusifoğlu, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Kimya Babayeva, təhsil işçiləri Torksin Həsənova və Səmayə Məmmədova çıxış edərək İsa Həbibbəylinin həyat və yaradıcılığından, onun MR-da elmi-pedoqoji fəaliyyətindən, ictimai-siyasi prosseslərdə fəal iştirakından, beynəlxalq elmi konfranslarda, simpoziumlarda, qurultaylarda elmi məruzələrlə çıxış etməsindən, eləcə də onun insani keyfiyyətlərindən, insanlara qarşı xoş münasibətindən danışdılar.

Sonda deputatlığa namizəd İsa Həbibbəyli seçicilər qarşısında çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi xəttinin prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, ölkəmizin böyük sürətlə inkişaf etməsindən, uğurlu xarici siyasətimizdən geniş danışdı. O, həmçinin Muxtar Respublikamızın inkişaf etmiş, müasirləşmiş, infrastrukturları yenilənmiş bir diyara çevrilməsini qeyd etdi. Həmçinin qeyd etdiki, Muxtar Respublikada inkişaf təkcə Naxcıvan şəhərində deyil, eyni zamanda bütün regionları əhatə etmişdir. Fikirlərinin davamında İsa Həbibbəyli qeyd etdiki bütün bu uğurların əldə olunmasında MR Ali Məclisinin Sədri Cənab Vasif  Talıbovun böyük xidmətləri vardır. Mən bölgələri gəzdikcə insanlarda ölkə prezdentinə MR rəhbərinə böyük məhhəbətin şahidi oldum. Çıxışının sonunda İsa Həbibbəyli qeyd etdi ki, bundan sonra da siz seçicilərin etimadını doğrutmağa və ölkəmizin ümumi inkişafında üzərimə düşən vəzifələrin yerinə yetirilməsində böyük səylə çalışacağam.

DİGƏR Xəbərlər Arxiv