YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə hər an döyüşə hazır olacaqsınız

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri və matrosları əlamətdar gün münasibətilə təbrik edən nazir dövlət müstəqilliyinin əldə edilməsinin xalqımızın ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını diqqətə çatdıran nazir respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunduğunu və müstəqilliyimizin daha da möhkəmləndiyini vurğulayaraq bildirib: “İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə hər an döyüşə hazır olacaqsınız”.