YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zərurətdən yaranan YAP öz missiyasını şərəflə yerinə yetirir

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Əliyev Rauf Asif oğlunun Pirallahı rayonunun sakinləri ilə görüşü keçirildi.

Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlu Pirallahı rayonunun sakinləri ilə görüşündə bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi Pirallahı rayonunda da böyük işlər görülüb: "Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq.

Mən sizləri bundan sonra da dövlətə, xalqa xidmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram".

Tədbirin sonunda deputatlığa namizəd Rauf Əliyev Pirallahı rayonunun sakinlərinin  suallarını cavablandırdı.