YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycanın Maliyyə İnnovasiyaları Forumu keçirilir

İyunun 4-də “Park İnn” otelində Azərbaycanın Maliyyə İnnovasiyaları Forumu (Azerbaijan Financial Innovation Forum) öz işinə başlamışdır.

İki gün davam edəcək forumun məqsədi Azərbaycanın maliyyə bazarının inkişafına dəstək olmaqdır.

Tədbirə məşhur PFS, “Saxo Bank”, APEX, CARD, “Credit Andorra Bank”, Sankt-Peterburq Birjası, “Otkrıtie” kimi hüquq, innovasiya və maliyyə sahəsində fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndələri dəvət olunmuşlar.

Forumda Azərbaycanın aparıcı banklarının, sığorta və digər şirkətlərinin nümayəndələri də iştirak edirlər.

Bildirilmişdir ki, dünyanın aparıcı konsaltinq şirkəti olan “Hansa FinCon” tərəfindən təşkil olunan forumda dünya və Azərbaycan investisiya bazarı, hedc fondlarının (Hedge fund) fəaliyyəti, vençur kapital yatırma, broker biznesi və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

Forum çərçivəsində xüsusilə Xəzər regionunda broker xidmətlərinin irəliləyişi, holdinq şirkətləri və investisiya qurumları, investisiyalar və əmlak, beynəlxalq vergi planlaşdırılması, Azərbaycanın maliyyə sektoru, həmçinin Azərbaycan və Xəzəryanı ölkələrin şirkətlərinin Avropa bazarına çıxmaq imkanları kimi aktual məsələlər müzakirə olunacaqdır.

Tədbir yerli maliyyə, bank və lizinq şirkətlətinin dünya miqyasında investisiya bazarında böyük oyunçular olan şirkətlərlə ikitərəfli görüşlərinin keçirilməsi üçün imkanlar yaradacaqdır.