YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci rübdə ölkə iqtisadiyyatına 1 milyard manatdan çox xarici investisiya yatırılıb


Cari ilin yanvar-mart aylarında xarici mənbələrdən əsas kapitala 1016,2 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artım deməkdir.

Xarici ölkələr və beynəlxalq təskilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 819,6 milyon manatı (80,7 faizi) Böyuk Britaniya, ABS, Norveç, Türkiyə, Çexiya və Fransa sərmayədarlarına məxsus olub.

Ölkənin iqtisadi və sosial sahələrinin inkisafına 2014-cü ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 3125,9 milyon manat vəsait yönəldilib, onun 67,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 7,0 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 25,4 faiz artıb.

Daxili mənbələrdən əsas kapitala yonəldilmis vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq ümumi sərmayənin 67,5 faizini təşkil edib, onun 68,7 faizi dövlət, 31,3 faizi isə qeyri-dövlət bölməsinin payına düşüb.

DİGƏR Xəbərlər Arxiv