YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Astan Şahverdiyev cəbrayıllı seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Astan Şahverdiyevin seçicilərlə görüşü davam edir. Binəqədi rayonunda və Sulutəpə qəsəbəsində keçirilən görüşdə Cəbrayıl rayonundan olan seçicilər iştirak ediblər.

Görüşdə çıxış edən Astan Şahverdiyev bildirib ki, ölkəmizin iqtisadi, siyasi qüdrəti yüksəldikcə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siyasətin də uğurları aydın şəkildə müşahidə olunur: «Mən inanıram ki, bütün seçicilər kimi Cəbrayıl rayonundan da olan seçicilər öz xoş gələcəklərinə, rahat yaşayışlarına, ən əsası stabilliyə, inkişafa –Yeni Azərbaycan Partiyasına səs verəcəklər».