YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər “Yeni hədəflərə doğru!”nu seçənlərə uğurlar arzulayır

39 saylı Kəpəz birnci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Xanlar Fətiyev seçicilərlə görüş keçirib. Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 34 saylı binanın qarşısındakı məhəllə klubunda reallaşan görüşdə YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri Naqif Həmzəyev bildirib ki, Azərbaycan sürətli və sabit inkişaf  tempi ilə qlobal dünyada nümunə olaraq, nüfuzunu artırmaqdadır. Bu inkşafda Yeni Azərbaycan  Partiyasının xüsusi rolu var. Ona görə də, qədirbilən gəncəlilər, dəyərli seçicilər YAP-ın namizədlərinə səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa, firavanlığa səs verəcəklər.

Deputatlığa namizəd Xanlar Fətiyev partiya fəallarına və bütün seçicilərə minnətdarlığını bildirərək, növbəti seçkilərdə də qələbə qazanacağı təqdirdə konkret, real işlər görəcəyinə, seçicilərin etimadını ləyaqətlə doğruldacağına, “Yeni hədəflərə doğru” şüarı ilə ictimai-siyasi fəallığını daha da artıracağına söz verdi.