YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycan özünün həyata keçirdiyi islahatları Avropa ictimaiyyətinə də təqdim edir

«AŞPA Bürosu və Daimi Komitəsinin iclaslarının Bakıda keçirilməsi, o cümlədən, Avropa Şurası baş katibinin və Azərbaycan ədliyyə nazirinin iştirakı ilə məlum “Fəaliyyət Planı”nın təsdiq olunması həmin qurumla Azərbaycan arasında münasibətlərin kifayət qədər yüksək olmasından xəbər verir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu cür uğurlu əməkdaşlıq ərəfəsində bəzi məsələlər süni şəkildə ortaya atılır. Onun sözlərinə görə, Azərbaycan özünün həyata keçirdiyi islahatları, xüsusilə, insan hüquqları ilə bağlı islahatları Avropa ictimaiyyətinə də təqdim edir.

«Azərbaycanda guya insan hüquqları ilə bağlı ciddi problemlərin olduğunu iddia edənlər hansısa maraqlara xidmət edir. Bunu həyata keçirən bir sıra qüvvələr var ki, onlar da erməni lobbisinin təsiri altında fəaliyyət göstərən qüvvələrdir. O qüvvələrdir ki, onlar hər zaman Azərbaycanın müstəqil siyasət yeritməsinin əleyhinə çıxış edirlər və bu baxımdan ola bilsin ki, bu qurumda da onların əlaltıları mövcud olmamış deyil. Onlar var və mövcuddurlar. “Siyasi məhbus” anlayışı əslində Avropa ölkələrinin, məsələn, Avropa Şurasının üzvü olan ölkələrin özlərinə, bir sıra postsovet ölkələrinə şamil oluna bilər. “Siyasi məhbus” məsələsini heç bir halda bizə süni şəkildə yapışdırmaq olmaz. Bu baxımdan, bir daha vurğulayıram ki, biz heç zaman “siyasi məhbus” problemini qəbul etməmişik və bundan sonra da etməyəcəyik»- deyə, komitə sədri vurğulayıb.