YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasında olub

Oktyabrın 15-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, qonağı salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi qurumun ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Robert Sekuta seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikasının Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Səfir, həmçinin köçkün seçicilərin səsverməsi ilə də maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.

Qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Görüşdə, həmçinin müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv