YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Tahir Süleymanov Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində seçicilərlə görüş keçirib

YAP tərəfindən MM-in deputatlığına namizədliyi irəli sürülmüş Tahir Süleymanov təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində  seçicilərlə görüş keçirib. 

Görüşləri giriş sözü ilə açan  YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov parlament seçkiləri ərəfəsində görülən işlərdən danışıb.
Deputatlığa namizəd Tahir Süleymanov görüşlərdə çıxış edərək Azərbaycanda demokratik seçki mühitinin olduğunu deyib. Tahir Süleymanov qeyd edib ki, şübhə etmirəm ki, Şabran rayon seçiciləri  noyabrın 1-də Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs verəcəklər.

Görüşlərdə çıxış edən seçicilər növbəti seçkilərdə də Tahir Süleymanova səs verəcəklərini bildiriblər.