YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir

Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir. Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlar texniki xarakter daşıyır. Bəzi siyasi qüvvələr əbəs yerə bu məsələni siyasiləşdirməyə çalışırlar.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.

Baş nazir deyib ki, uzun illərdir Rusiya qazı Gürcüstan ərazisindən Ermənistana ötürülür. Yalnız bunun müqabilində nəql olunan qazın müəyyən hissəsi Gürcüstana verilir.

Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşı olmaqla yanaşı, həm də ən böyük qaz ixracatçısıdır.

İrakli Qaribaşvili iclasda bu günlərdə Bakıya etdiyi səfər barədə də danışıb: “Bizim Azərbaycan Prezidenti İlham Əliyevlə çox isti dostluq münasibətlərimiz var və bu münasibətlər daim belə qalacaq. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim digər qonşu ölkələrlə də qarşılıqlı dostluq münasibətlərimiz var. Bu da Gürcüstanı daha cəlbedici edir və xarici investorların diqqətini çəkir”.