YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər YAP-ın namizədlərini dəstəkləyirlər

Milli Məclisə seçkilərlə əlaqədar olaraq, təblğat-təşviqat kampaniyası çərçivəsində Gəncə Dövlət Dram Teatrında 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi  üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlunun seçicilərlə görüşü olub.

Toplantını giriş sözü ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi,YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə açaraq, ölkəmizin hər yerində olduğu kimi,doğma şəhərimizdə də 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərin mühüm mərhələsi olan təbliğat-təşviqat kampaniyasının şəhərimizdə də yüksək səviyyədə və uğurla keçirildiyini bildirib.

Pərvin Kərimzadə bütün seçiciləri 1 noyabrda seçki məntəqələrinə gələrək, Həmzəyev Naqif Ələşrəf oğluna səs verməyə, həmçinin YAP-ın digər namizədlərini dəstəkləməyə çağırıb.

Təbliğat qrupunun üzvləri çıxış edərək Azərbaycanın sosial-iqtisadi və mədəni, ictimai-siyasi həyatında gənclərin fəal rol oynadığını, qazanılan möhtəşəm nailiyyətlərdə onların xüsusi payı olduğunu vurğulayıblar. Bildiriblər ki hər zaman gənclərin önündə olan, onları öz arxasınca aparan Həmzəyev Naqif Ələşrəf oğlu Milli Məclisdə bütün gəncəliləri layiqincə təmsil etməyə qadirdir. 1 noyabrda seçki məntəqələrinə gələn bütün seçicilər bilməlidirlər ki, onlar Həmzəyev Naqif Ələşrəf oğluna səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs verəcəklər.

Seçicilər çıxışlarında Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Həmzəyev Naqif Ələşrəf oğluna səs verəcəklərini bildiriblər.