YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çap olunması prosesinə başlayıb

Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çap edilməsi prosesi ilə tanış olublar. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan proses barədə danışan MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Milli Məclisə seçkilərlə əlaqədar 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Qeyd edək ki, artıq Milli Məclisə seçkilərlə bağlı namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və bundan sonra çap olunmuş seçki bülletenləri səsvermə gününə azı 5 gün qalmış MSK-dan dairə seçki komissiyalarına, azı 3 gün qalmış isə dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Seçki bülletenlərinin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.