YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan OPEC-in oktyabrın 21-də Vyanada keçiriləcək növbəti iclasına dəvət olunub

Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) oktyabrın 21-də keçiriləcək iclasına dəvət edilib.

Bu barədə Venesuelanın neft naziri Euloqio del Pino məlumat verib. O bildirib ki, təşkilatın növbəti iclasına OPEC üzvü olmayan səkkiz - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr dəvət olunublar.

Təşkilatın və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransı Vyanada keçiriləcək.