YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Bəxtiyar Sadıqov Ağdam rayonunun Xındırıstan kəndində və Bənövşələr qəsəbəsində seçicilərlə görüşüb

Noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədarYeni Azərbaycan Partiyası tərəfindən 119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqov Bəxtiyar Yusif oğlunun rayonun Xındırıstan kəndində və Bənövşələr qəsəbəsində seçicilərlə görüşü olub.

Görüşləri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının Seçki Qərargahının sədri İsgəndər Quliyev öncə parlament seçkiləri ərəfəsində görülən işlərdən danışıb.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Bəxtiyar Sadıqov ölkəmizdə demokratik seçki mühitinin olduğunu deyib. Bəxtiyar Sadıqov qeyd edib ki,  YAP-ın deputatlığa namizədləri növbəti seçkilərə konkret, real iş görmək, insanların etimadını doğrultmaq, problemlərinin həllinə daim həssaslıqla, diqqətlə yanaşmaq istəyi ilə gedirlər: “Şübhə etmirəm ki, Azərbaycanın hazırkı uğurlarını gündəlik həyatında qabarıq hiss edən ölkə vətəndaşları noyabrın 1-də məhz YAP-ın namizədlərinə səs verəcəklər”.
Öz növbəsində, görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi Sadıqov Bəxtiyar Yusif oğluna səs verəcəklərini bildiriblər.