YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Bahar Muradova 4 və 9 saylı Qayıdış qəsəbələrində seçicilərlə görüşüb

84 saylı Füzuli Seçki Dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova ilə rayon ərazisindəki  9 saylı Qayıdış qəsəbəsində seçicilərlə görüş keçirilib.

Yaxınlıqdakı 6 qəsəbənin əhalisini təmsil edən 400-dən çox seçicinin iştirak etdiyi tədbiri YAP-ın Füzuli rayon təşkilatının sədri Almaz Həşimova açaraq namizədin həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə edib, seçiciləri bu prossesdə fəal iştirak etməyə və bu seçkilərdə məhz YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər qarşısında çıxış edən Bahar Muradova parlament seçkilərindəYAP-ın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qurur duyduğunu bildirib və bundan sonra da ölkə rəhbərliyinin vəYAP-ın Sədri cənab İlham Əliyevin siyasi xəttinin davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etmək əzmində olduğunu ifadə edib.

Həmin gün 4 saylı Qayıdış qəsəbəsindəBahar Muradovanın daha bir görüşü olmuşdur.