YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları bölgələrə xüsusi diqqət yetirir

Gürcüstan hökuməti ölkədə, xüsusən də azərbaycanlıların yığcam yaşadıqları bölgələrdəki mövcud torpaq probleminin həlli istiqamətində işləri davam etdirir. Məlumdur ki, bizdən əvvəlki hakimiyyət tərəfindən torpaq islahatları zamanı ciddi qanun pozuntularına yol verilib. Bəzi yerlərdə torpaqlar əsil sahiblərinə, məhsul istehsalçılarına deyil, tamam başqa adamlara satılıb. Bu da məlum problemləri yaradıb.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya söyləyib.

Nazir deyib ki, hökumət azərbaycanlıların yığcam yaşadıqları bölgələrə xüsusi diqqət yetirir. Ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında Kvemo –Kartli-Borçalı bölgəsinin xüsusi yeri var. Bölgənin inkişafı məqsədilə fermerlərə güzəştli kreditlər verilir, digər yardımlar göstərilir, pilot layihələr həyata keçirilir.

“Təəssüf ki, həmin ərazilərdə torpaq problemi var. Biz çalışırıq ki, bu problem ədalətli şəkildə həllini tapsın, torpaq əməksevər insanlara qaytarılsın. Parlamentdə torpaqlarla bağlı yeni qanun layihəsi müzakirə olunur. Bu qanunun qəbulu həmin problemin həllində mühüm rol oynayacaq”,- deyə Otar Daneliya vurğulayıb.