YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu siyasətimiz dəyişməzdir

Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu siyasətimiz dəyişməzdir.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 12-də jurnalistlərə müsahibəsində deyib.

Baş nazir bəzi siyasi rəqiblərinin Rusiyadan təbii qazın alınması müqabilində Gürcüstanın Azərbaycan ilə münasibətlərinə yenidən baxılacağı ilə bağlı bəyanatlarını absurd adlandırıb: “Azərbaycan qazının başqa ölkədən alınacaq təbii qazla əvəzlənməsi barədə heç bir söhbət gedə bilməz. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Qarşılıqlı münasibətlərimizə yenidən baxılması məsələsi müzakirə mövzusu deyil və ola da bilməz. Azərbaycan ilə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi Gürcüstan dövlətinin və hökumətinin əsas hədəflərindən biridir. Azərbaycanla bağlı siyasətimiz dəyişməzdir”.

İ.Qaribaşvili iki gün əvvəl Bakıya səfərinin nəticələrini yüksək qiymətləndirərək deyib: “Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ölkələrimiz arasındakı sıx, mehriban dostluq münasibətlərini və bu münasibətlərin dərinləşməsinin perspektivlərini müzakirə etmişik”.

Hazırda Azərbaycan Gürcüstanın əsas qaz təminatçısıdır.