YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyevin Buzovna qəsəbəsinin sakinləri ilə görüşü keçirildi

Azərbaycan Respublikasının 2015-ci il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Əliyev Rauf Asif oğlunun  Buzovna qəsəbəsinin sakinləri ilə görüşü keçirildi.

Milli Məclisə deputatlığa namizəd  Əliyev Rauf Buzovna qəsəbəsinin sakinləri ilə görüşündə bildirdi ki, mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik.