YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə YAP tərəfindən deputatlığa namizəd Kərimzadə Pərvin Orxan qızının seçicilər ilə görüşü keçirilib

Milli Məclisə seçkilərlə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində 12 oktyabrda  “Novruz” meydanında  37 saylı  Nizami birinci (Gəncə) seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən deputatlığa namizəd Kərimzadə Pərvin Orxan qızının seçicilər ilə görüşü   keçirilib.

Toplantını giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiyanın qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi,onun siyasi məktəbinin yetirməsi ölkə Prezidenti, YAP-ın Sədri  cənab İlham Əliyevin davam etdirdiyi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlərdən danışıb,YAP-ın güclü  siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə səs çoxluğu ilə qalib  gəldiyni diqqətə çatdırıb. O, partiyanın layiqli  namzədlərinin xalq tərəfndən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədləri haqqında ətraflı məlumat verib. Seçiciləri  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və bu gün görüşü keçirilən  Kərimzadə Pərvin Orxan qızına, eləcə də partiyanın digər namizədləri- Həmzəyev Naqif  Ələşrəf oğluna, Fətiyev Xanlar Nuru oğluna və Quliyev Musa İsa oğluna 1 noyabrda keçiriləcək parlament seçkilərində  səs verməyə çağırıb.       

Toplantı “Yaşasın müstəqil Azərbaycan!”, “Yaşasın Yeni Azərbaycan Partiyası!”, “Müstəqilliyimiz əbədi və dönməzdir!” şüarları ilə başa çatıb.